Mayın 20-nə keçən gecə Rusiya İran istehsalı olan 18 kamikadze-dronla Kiyevə hücuma cəhd edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bildirib.
Gecə yarısından sonra Rusiya qüvvələri “Shahed-136/131” tipli 18 dron buraxaraq Ukrayna paytaxtına göndəriblər.
Bütün “Shahed”lər Ukrayna hərbçiləri tərəfindən vurulub.
Mənbə: RBC-UKRAİNA