ABŞ institutu: “İranda rejim əleyhinə etirazlar yenidən alovlanıb”

ABŞ institutu: “İranda rejim əleyhinə etirazlar yenidən alovlanıb”

İranda rejim əleyhinə etirazlar yenidən alovlanıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, bunun əsas səbəbi ölkədə edamların sayının artmasıdır: “Dünən, mayın 19-da rejim əleyhinə 10 etiraz aksiyası keçirilib. Bu, son bir həftə üçün rekord göstəricidir. Dünən, həmçinin 3 nəfər edam edilib”.

Qərb analitiklərinin fikrincə, edamlar rejim əleyhinə əhval-ruhiyyəni gücləndirməyə davam edəcək.

Qeyd edək ki, fevralın 15-dən İranda tələbə qızların kütləvi zəhərlənməsi halları geniş yayılıb.

Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb.

Share: