“Nirvana” qrupunun vokalisti Kurt Kobeyn tərəfindən sındırılmış gitara ABŞ- da Julien’s Aucitons hərracında 600 min dollara satılıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, hərrac evinin məlumatına görə, qara rəngli musiqi alətinin üzərində qrupun hər üçvünün imzası olub. Gitara Nevermind albomu yazılan zaman Kurt Kobeyn tərəfindən sındırılılıb.
Mütəxəssislərin fikrincə, gitara satılmazdan əvvəl yenidən yığılıb.
Qeyd edək ki, Kurt Kobeyn grunge musiqi üslubunun yaradıcılarından biri olan Nirvana qrupunun lideri və vokalçısıdır. Üç studiya və bir canlı albom buraxan qrup 1994-cü ildə musiqiçinin ölümündən sonra dağılıb.