Nazirliyin əməkdaşlarına atəş açıldı — Yaralı var

Nazirliyin əməkdaşlarına atəş açıldı — Yaralı var

Ölkənin su hövzələrində balıq ovuna tətbiq edilən moratoriumla bağlı qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib. Torlar yığışdırılan zaman xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb.

Bu barədə “Qafqazinfo”ya Xidmət rəisi Hikmət Əlizadə məlumat verib. O bildirib ki, atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə idarənin baş mütəxəssisi Yaşar Məmmədov xəsarət alıb, qayığa isə ziyan dəyib:

“Odlu silahdan atəş edən şəxsin tapılması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Qazax Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda araşdırma aparılır”.


Share: