Borrel Ukraynaya hərbi yardım planlarını açıqladı

Borrel Ukraynaya hərbi yardım planlarını açıqladı

Avropa İttifaqı daha çox hava hücumundan müdafiə sistemləri və digər silah növləri göndərməklə Ukraynaya hərbi yardımı genişləndirmək niyyətindədir.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu haqda Aİ diplomatiyasının rəhbəri Cozep Borrel açıqlama verib.

Onun sözlərinə görə, Ukrayna tərəfinin uğuru böyük ölçüdə təkcə insanlardan deyil, həm də silah təchizatından asılıdır.

“Ona görə də hərbi yardım davam etməli, intensivləşməli və genişlənməlidir”, – o vurğulayıb.

Borrell həmçinin 15 min Ukrayna əsgərinin təliminin başa çatdığını açıqlayıb və əlavə edib ki, ilin sonuna qədər daha 15 min döyüşçünün hazırlanması planlaşdırılır.


Share: