“Air Europa” pilotların tətili səbəbindən 114 uçuşunu ləğv etdi

“Air Europa” pilotların tətili səbəbindən 114 uçuşunu ləğv etdi

İspaniya Pilotlar İttifaqı Air Europa işçilərini yenidən tətil etməyə çağırıb, nəticədə iyunun 2-dək planlaşdırılan ümumilikdə 114 uçuş ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bazar ertəsi EFE agentliyi məlumat yayıb.

Bildirilib ki, həm daxili, həm də beynəlxalq reyslər ləğv edilib. Bazar ertəsi başlayan yeni tətilin iyunun 2-dək davam edəcəyi gözlənilir. Ləğv edilmiş reyslərin sərnişinlərinə biletini dəyişmək imkanı verilir.

Qeyd edək ki, mayın əvvəlində aviaşirkətin pilotları “Air Europa rəhbərliyinin əmək hüquqlarının real itkisini təşkil edən təkliflər kimi maskalamaqla işçilərin hüquqları ilə oynaması nəticəsində yaranan gərginlik və əmək münaqişəsinə” cavab olaraq artıq tətilə başlamışdılar.


Share: