Ərdoğan “Türk Evi”nə hücum edən şəxsi terrorçu adlandırdı

Ərdoğan “Türk Evi”nə hücum edən şəxsi terrorçu adlandırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda “Türk Evi”nə edilən hücuma münasibət bildirib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən  xəbər verir ki, Ərdoğan hücum edən şəxsi terrorçu adlandırıb.

Türkiyə Prezidenti  ABŞ hakimiyyətini təcili olaraq hücumçunu tapmağa çağırıb.

“Amerika hakimiyyəti, təhlükəsizlik qüvvələri  terrorçunu təcili tapmalıdılar. Onlar tələb olunanı etməlidirlər. Türkiyədə belə bir hadisəyə özləri necə baxardılar?”, – deyə Ərdoğan bildirib.

Xatırladaq ki, ABŞ-nin Nyu-York şəhərində yerləşən “Türk Evi”nə hücum edilib. Naməlum bir şəxs əlində dəmir parçası ilə binanın aşağı mərtəbələrinin şüşələrini sındırıb. Şəhər polisi hadisə ilə bağlı araşdırma aparır.

Qeyd olunur ki, Türk Evində ölkədəki prezident seçkilərinin ikinci turu ilə bağlı seçki məntəqəsi də fəaliyyət göstərir.


Share: