Məhərrəm İncə xəstəxanaya yerləşdirildi — Foto

Məhərrəm İncə xəstəxanaya yerləşdirildi — Foto

Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce xəstəxanaya yerləşdirilib. 

“Qafqazinfo” xəbər verir ki, İnce bu barədə sosial media hesabında məlumat verib. 

O, xəstəliyinin səbəbini açıqlamayıb:

 “Günümü xəstəxanada siyasətdən kənar bir gündəmlə keçirdim. Haqqımda şayiələr yayıldığını eşitmişəm. Hamısı qeyri-realdır. Zəng edib xoş arzularını çatdıran bütün dostlarıma təşəkkür edirəm”, – deyə İncə vurğulayıb.

Qeyd edək ki, Türkiyədəki prezident seçkilərinə namizəd olan Məhərrəm İncə seçkilərə 3 gün qalmış namizədliyini geri çəkib.


Share: