Hind əsilli amerikalı aktyor Sanni Leone Kannda Anuraq Kaşyapın “Kennedy” filmi ilə debüt edib.
Kulis.az xəbər verir ki, Leone əsas obrazlardan olan “Çarli”ni canlandırır.
Qeyd edək ki, aktrisa “Jackpot”, “Ragini MMS 2”, “Ek Paheli Leela” və “Tera İntezaar” kimi filmlərdə müxtəlif səpkili rollar oynayıb.
“Kennedy” Zee Studios və Rəncan Sinx və Kəbir Ahuca tərəfindən “Good Bad Films” üçün istehsal olunub. Filmin premyerası mayın 24-də festivalın “Midnight Screenings” hissəsində baş tutacaq.