Meksikadakı Popocatepetl vulkanının tüstü və kül püskürməsindən sonra ölkə sarı həyəcan səviyyəsinə keçib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Meksika Milli Fəlakətin Qarşısının Alınması Mərkəzi açıqlama yayıb.
Açıqlamaya görə, mayın 21-dən bəri Puebla və Morelos əyalətlərinin sərhəddində yerləşən vulkanda əksəriyyəti kiçik miqyasda olmaqla ümumilikdə 573 püskürmə qeydə alınıb.
Həmçinin açıqlamada vulkandan yayılan tüstünün insan sağlamlığına zərər verə biləcəyi vurğulanıb.
Qeyd edək ki, vulkanlar üçün sarı xəbərdarlıq orta miqyaslı püskürmələr, kül yağışları və ətraf ərazilərə maqma axını zamanı edilir.