Afrində vəziyyətin normallaşdırılmasının ən sadə yolu onun Dəməşqin nəzarəti altına qaytarılmasıdır.
Müstəqil.AZ xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Afrina məsələsi aprelin 4-də Ankarada keçirilən Türkiyə-İran-Rusiya üçtərəfli sammitinin gedişatında müzakirə edilib.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt Afrini işğal etmək istədiklərini bildirməyib”, – o bildirib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayıb. Əməliyyatın 58-ci günündə Afrin şəhəri PKK/YPG terrorçularından təmizlənib.