Kanadalı aktrisa Samanta Vaynşteyn 28 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, aktrisa xərçəng xəstəliyindən dünyasını dəyişib.
Aktrisa “Böyük qız” filmində Jozefina rolu ilə debüt edib. Film 2005-ci ildə Toronto Film Festivalında Kanadanın “Ən yaxşı qısa film” mükafatını qazanıb. Bu zaman Samantanın 10 yaşı olub.
Qeyd edək ki, aktrisa son illərində müxtəlif animasiya obrazlarını səsləndirməklə də məşhurlaşıb.