Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsində Sumqayıt Dövlət Rəsm Qalereyasının təşəbbüsü,Sumqayıt şəhər İcra Hakimiyyəti,Sumqayıt Regional Mədəniyyət İdarəsi,S.Vurğun adına Mərkəzi Kitabxana,N.Gəncəvi adına Kitabxana Klubun birgə təşkilatçılığı ilə “Heydər Əliyev- 100” çərçivəsində “Ruhumuzun binəsi” adlı mədəniyyət festivalı gerçəkləşdirildi.
Festival N.Gəncəvi adına Kitabxana Klubun və Sumqayıt Dövlət Rəsm Qalereyasının Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən kitab və rəsm sərgisinin nümayişi ilə başladı.
Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsi yad edilib.
Tədbiri giriş sözü ilə açan yazıçı,ssenarist,kultroloq Hafiz Ataxanlı Heydər Əliyevin siyasi fəaliyyəti ilə yanaşı Azərbaycan mədəniyyəti üçün gördüyü işlərdən danışdı.
Ayb Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin 2023- cü ilin Respublika Prezidenti,Ulu öndərin layiqli davamçısı İlham Əliyevin 29 sentyabr 2022- ci il sərəncamı ilə və Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ” Heydər Əliyev” ili olduğunu, ölkəmizin hər yerində olduğu kimi Sumqayıtda da böyük coşku və ruh yüksəkliyi ilə qeyd olunduğunu xüsusi olaraq vurğuladı.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Humanitar və ictimai- siyasi məsələlər üzrə müdir müavini Fərman Kazımov çıxışında bildirdi ki,Azərbaycanın milli müstəqilliyinin 70 ildən sonra bərpası dahi şəxsiyyət,Ulu Öndər Heydər Əliyevə nəsib oldu.O,qeyd etdi ki,Heydər Əliyev mənsub olduğu xalqa və millətə dövlət müstəqilliyini qazandıran əvəzsiz liderdir.Onun ədəbiyyatımız və mədəniyyətimiz üçün də gördüyü işlər danılmazdır.
Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova,Artag.az- ın Sumqayıt üzrə xüsusi müxbiri Ətrabə Rzayeva, Sumqayıt Dövlət Rəsm Qalereyasının müdiri Ellada Həsənova,S.Vurğun adına Mərkəzi kitabxananın müdiri Natavan Axundzadə,N.Gəncəvi adına Kitabxana Klubun müdiri Ülviyyə Quliyeva,S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq bölməsinin müdiri Yeganə Hüseynova tədbirin təşkilatçılarına təşəkkürlərini bildirərək,Heydər Əliyevin Azərbaycan xalqı üçün Ümummilli lider,dünya ünün ümumbəşəri dəyər olduğunu vurğulayaraq,onun azərbaycanın siyasi həyatındakı xidmətlərindən söz açdılar.Sonra söz qələm adamlarına verildi.
Ofelya Babayeva,Əşrəf Veysəlli,Rafiq Yusifoğlu,Mənsurə Xələfbəyli,Rəfiqə Şəms,Xatirə Fərəcli,İbrahim İlyaslı,Lilpar Cəmşidqızı,Əliyar Mərdiyev,Ədalət Əroğlu,Mirzəcan Ağabalayev,Səadət Salmanqızı,Aygün Hacıyeva öz şeirlərini oxudular.
Azərbaycanın Milli qəhrəmanı Polad Həşimov adına 28 saylı orta məktəbin və Qubadlı rayon Xıdırlı kənd orta məktəbinin şagirdlərinin ifasında Heydər Əliyevə və 28 may Respublika gününə həsr olunmuş şeir və mahnılar tədbirə başqa bir ovqat və rəng qatdı.
Sonra tədbir iştirakçıları S.Vurğun adına Mərkəzi kitabxananın oxucusu Dəniz İsmayılzadənin ifasında yazıçı,ssenarist,kultroloq Hafiz Ataxanlının ssenarisi əsasında hazırlanmış “Xurşidbanu Natəvanın Şuşa düşüncələri bu gün” adlı monotamaşaya baxdılar.Monotamaşa çox böyük marağa səbəb oldu.
Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin bu festivalın keçrilməsində şərait yaratdıqlarına görə Sumqayıt şəhər İcra Hakimiyyətinə və bu işdə onlara dəstək olan hər kəsə təşəkkürünü bildirdi.