“Alienware” şirkəti səkkizinci nəsil “Intel Coffee Lake” prosessorları əsasında işləyən və baxışla idarəetmə funksiyasını dəstəkləyən 2 yeni noutbuku istifadəçilərə təqdim edib.
Müstəqil.Az xəbər verir ki, noutbuklar “15R4” və “17R5” modelləri displeyləri 120 QHs takt tezlikli yenilənmə və “NVIDIA GeForce GTX 1080” videokartlarına malik versiyalarda tədarük olunur. 15,6 düym diaqonallı ekranla təchiz olunmuş “Alienware 15R4” noutbuku “NVIDIA G-Sync” texnologiyasını dəstəkləyən “Full HD” (yenilənmə tezliyi 120 QHs) və “Ultra HD” (60 QHs) təchiz olunub. Digər “Alienware 17R5” model noutbuk isə “NVIDIA G-Sync” texnologiyasını dəstəkləyən “Full HD” (60 QHs), “Quad HD” (120 QHs) və “Ultra HD” (60 QHs) təsvir ölçülü 17,3 düym diaqonallı displeyə malikdir.
Əlavə olaraq yeni noutbukların bəzi versiyalarında “Tobii” sistemi (sistemdən asılı olaraq) vasitəsilə gerçəkləşdirilə bilən baxışla idarəetmə proqramı yüklənib.
Məlumata görə, noutbuklar “DDR4-2666” tipli 32 giqabaytlıq operativ yaddaş, 1 terabayt tutumlu iki ədəd bərkcisimli “M.2” toplayıcısı və 2,5 düymlü bir disklə təchiz olunub. Qrafika “AMD Radeon RX 570”, “NVIDIA GeForce GTX 1060”, “GeForce GTX 1070” və ya “GeForce GTX 1080” qrafik sürətləndirici kartları ilə həyata keçirilir.
Noutbukların əlavə funksiyaları arasında internetə sürətli qoşulma, “Thunderbolt 3” interfeyslərinin, “USB 3.0”, “HDMI 2.0” çıxışlarının, “Mini-DisplayPort 1.2” portunun və işıq salan klaviatura, “Killer Networks e2500 GbE” və “Killer 1550 802.11ac Dual Band/Bluetooth 5.0” kontrollerləri qeyd olunub.
Yeni noutbuklardan “Alienware 15R4” modelinin ilkin bazar qiyməti 1400 dollar, “Alienware 17R5” -in isə 1550 dollar müəyyən olunub. (publika.az)