İtaliya ən azı 15 milyon doza COVID-19 peyvəndini məhv edəcək

İtaliyada ən azı 15 milyon doza koronavirus peyvəndi məhv ediləcək.

“Qafqazinfo” “La Repubblica”ya istinadən xəbər verir ki, utilizasiya təkcə peyvəndlərin müddəti ilin sonunda bitdiyi üçün deyil, həm də dərmanların köhnəldiyi üçün baş verəcək.

Nəşrin məlumatına görə, əczaçılıq şirkətləri payıza qədər vaksinlərin yeni versiyalarını buraxmağa hazırlaşır.


Share: