Çinin kiberməkan tənzimləyicisi dezinformasiyaya qarşı mübarizə üçün iki aylıq əməliyyatdan sonra 1,5 milyona yaxın sosial media postunun silindiyini bildirib.
Bu il martın 10-dan mayın 22-dək daha geniş kampaniya çərçivəsində 67 min sosial media hesabı bağlanıb. Bağlanan hesablardan təxminən 8 mini “saxta xəbərlər, şayiələr və zərərli məlumatlar yaydığı” üçün silinib.
Bildirilir ki, 2021-ci ildən bəri Çin hökuməti kiberməkanı “təmizləmək” və səlahiyyətlilərin nəzarətini asanlaşdırmaq üçün milyardlarla sosial media hesabını hədəfə alıb.
Mənbə: rbc.ua