“Rusiyaya sanksiya tətbiq etməyən yeganə Avropa ölkəsiyik”

“Serbiya – azad ölkədir, Rusiya quberniyası deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaq”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç “Pink” telekanalına müsahibəsində deyib.

“Lakin Serbiya Amerika koloniyası da deyil və olmayacaq, Avropa koloniyası deyil və olmayacaq. Serbiya – asılı olmayan və müstəqil ölkədir və mən heç kimdən asılı olmayan və müstəqil siyasətimlə fəxr edirəm, həmçinin fəxr edirəm ki, bir il dörd aydır ki, Serbiya tarixində ən ağır təzyiqlərə baxmayaraq, siyasətimizə, Təhlükəsizlik Şuramızın qərarlarına sadiq qalırıq. Biz Avropada olan yeganə ölkəyik (Rusiyaya qarşı sanksiya tətbiq etməyən-TASS-ın qeydi), – deyə dövlət başçısı qeyd edib.


Share: