İranlı aktrisa etiraz olaraq edam düyünlü geyimlə festivala qatıldı

Bu il Kann siyasi etirazlar və açıq fikirlər üçün səhnə rolunu oynayıb. Festivalın məşhur pilləkənlərində bir qadın Ukrayna bayrağının rənglərində geyinərək etiraz edib. Daha sonra İranda edamlara son qoymağa çağıran iranlı model Mahlaqa Caberi gəlib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Mahlaqa Caberi dəhşətli qətl dalğasına qarşı İran xalqına dəstək nümayiş etdirmək üçün beynəlxalq film festivalının qırmızı xalçası üzərindən keçərkən, İrandakı vəziyyətə diqqət çəkə biləcək paltar geyinib.

Qeyd edək ki, qırmızı xalçada Caberi qara don geyinib. Amma hamının diqqətini çəkən paltarın yaxası olub; onun paltarında ilgək şəklində bağlanmış bej rəngli ip olub.

Geyimin dizayneri Jila Saberdir.

Bir 8 kişi görseli olabilir

Share: