Handenin bahalı geyimi — Fotolar

Kann Film Festivalına dünyaca məşhur brendin qonağı kimi gedən türkiyəli aktrisa Hande Erçel geyimi ilə gündəm olub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, rəngarəng geyimləri ilə tədbirlərdə göz qamaşdıran Erçelin tərzinin qiyməti də hər kəsi təəccübləndirib.

Sevgilisi Hakan Sabancı ilə Kann Film Festivalı çərçivəsində təşkil edilən amfAR tədbirinə qatılan Handenin dünyaca məşhur brenddən olan paltarının qiyməti 11 min avro (təxminən 20 000 manat), sırğası 10 min avro (təxminən 18 000 manat), iki üzüyünün cəmi 15 min avro (təxminən 27 000 manat), ayaqqabısı 1450 avro (təxminən 2600 manat), çantası isə 3500 avrodur (təxminən 6300 manat).


Share: