İspaniya kəndində səsvermə 30 saniyə çəkdi

İspaniyada bazar günü keçirilən yerli seçkilərdə Villaroya kəndində qeydə alınmış 7 seçici səsvermə prosesini 29,52 saniyəyə başa vurub.

Kənddəki seçki məntəqəsi öz fəaliyyətini rekord müddətdə yekunlaşdırıb.

1973-cü ildən kəndə rəhbərlik edən Salvador Peres bildirib ki, Villaroya sakinləri səsvermə məntəqələri açılan kimi səs verməyə hazır olublar.

Qeyd edək ki, bundan öncəki seçkilərdə kənd səsvermə prosesini 32 saniyəyə başa vurmuşdu.

Mənbə: Haber Global

Share: