Azərbaycanın növbəti diplomatik qələbəsi

Azərbaycanın növbəti diplomatik qələbəsi

Prezident İlham Əliyevin növbəti dəfə mötəbər platformada – Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında xüsusi qonaq qismində iştirak etməsi ölkəmizin nüfuzunun daha bir göstəricisidir. Dövlət​ başcısının​ xarici siyasət sahəsində ciddi uğurlara imza atmasının səbəbidir ki, dünyada söz sahibinə cevrilib. Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan ölkəmizin malik olduğu nüfuz təkcə regionla məhdudlaşmır, beynəlxalq miqyasda rolunu artırıb. Azərbaycanın müxtəlif əməkdaşlıq layihələri ilə region və onun hüdudlarından kənarda sülh, sabitlik və çiçəklənmənin sərhədlərinin genişləməsinə töhfə verir.​ Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olan Azərbaycanın təşəbbüsü ilə reallaşan bu və ya digər layihələr diqqətdədir.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Dünyaya aciq olan ölkəmiz Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir.​ Şərq-Qərb Nəqliyyat Dəhlizi və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Avropanı Asiya ilə birləşdirərək, tarixi Böyük İpək Yolunun dirçəlişi rolunu oynayır.​ Azərbaycanın Avropa üçün mühüm enerji tərəfdaşı olduğu hər kəsə bəlli olan bir həqiqətdir. Prezident İlham Əliyev Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasındakı çıxışında ölkəmizin ikitərəfli və çoxtərəfli əməkdaşlığa önəm verdiyini bildirərək qeyd edib ki, biz, əlbəttə, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli formatda, – biz bunu uğurla edirik, – həm də çoxtərəfli formatda möhkəmləndirmək fikrindəyik.

Azərbaycan​ nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb, bu istiqamətdə mühüm layihələrin müəllifinə cevrilib. Bu gün ölkə rəhbərinin iradəsinin gücü, uzaqgörən siyasətinin məntiqi olaraq​ gerçəkləşdirilmiş nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açılıb. Önəmli tranzit ölkəsinə cevrilən ölkəmiz eyni zamanda,​ 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir.​ ​ Dövlət başcısı cıxışında “on beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq” – deyə bildirib. Prezident iştirakcıların diqqqətinə catdırıb ki, Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin Xəzərdəki qonşularımıza da təqdim olunub.​ Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir, bu müəssisədə istənilən növ gəmilərin inşası mümkündür. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir.

Onu da vurgulayaq ki, ölkəmizin təşəbbüsü ilə reallaşacaq Zəngəzur dəhlizi regionun sürətli inkişafına səbəb olacaq və region dövlətlərinin tranzit potensialını yüksəldir və nəqliyyat sahəsində yeni imkanlar açacaqdir.​ ​ Zəngəzur dəhlizi bölgədə sülhün əsas təminatçısına çevriləcək və onun icrası Azərbaycan, Ermənistan və​ ümumilikdə bölgənin gələcək inkişafı üçün mühüm əhəmiyyətə malikdir.​ Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq. ”Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük”, – deyə Prezident bildirib.​ Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə cəfəng fikirləri, o cümlədən Laçın yoluna dair absurd ittihamları yenidən onun ​ kimliyini ortaya cıxardı. Prezident Azərbaycanın heç bir dəhlizi bloklamadığını bəyan edərək məntiqli cıxışi ilə haqlı və ədalətli mövqeyni sərgiləmiş oldu. “Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır. Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub”. Bir daha vurgulayaq ki, bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım avtomobilləri keçir.

Prezident İlham Əliyev bir daha siyasi iradəsini orta qoydu. Bu, Azərbaycanın mövqeyinin ifadəsidir. Əlbəttə ki, dövlət başcısının sərgilədiyi bu uğurlu xarici siyasət Prezident İlham Əliyevin düşünülmüş, məntiqli siyasəti, eləcə də qəbul etdiyi çevik qərarların məntiqi nəticəsidir.

 

 

Mərdan Ələsgərov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Binəqədi rayon şöbəsinin sədri

Share: