Şəmkir dəmiryolu keçidində insident — Növbətçi təhdid edildi

Şəmkir dəmiryolu keçidində insident — Növbətçi təhdid edildi

Mayın 31-i saat 00.30-da Şəmkir rayonunun Dəllər-Zəyəm mənzilində yerləşən tənzimlənən dəmiryolu keçidində fəaliyyət göstərən keçid növbətçisi naməlum şəxs tərəfindən təhdid edilib, daha sonra isə növbətçi otağına ziyan vurulub.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Şəmkir rayonunun Sabirkənd kəndinin sakini Hüseynov Allahverdi Etibar oğlu saxlanılıb.

Keçid növbətçisinin səhhəti normaldır, xəsarət alan olmayıb. Dəmir yolunda hərəkət qısa müddətdə bərpa edilib.

Qeyd edilib ki, maddi ziyanla nəticələnən hadisə nəticəsində müvafiq sahədə Mikro Prosessor Mərkəzləşməsi sisteminin qurğuları, o cümlədən rabitə-işarəvermə avadanlıqları və elektirik naqilləri sıradan çıxıb.


Share: