Məşhur teleaparıcı qızının gözü önündə faciəli şəkildə həyatını itirdi…

Hadisə Qazaxıstanın Aktobe şəhərində baş verib.
 
Müstəqil.az xəbər verir ki, 28 yaşlı teleaparıcı və jurnalist Aizat Abdisamat liftdə faciəli şəkildə ölüb.Bu vaxt 3 yaşlı qızı da onun yanında olub. Şahidlərin sözlərinə görə o və qızı binanın birinci mərtəbəsindən liftə daxil olublar. Birinci mərtəbəni qalxanda lift dayanıb.Bu zaman qadın liftdən çıxmaq istəyib, lakin mümkün olmayıb. Qapı bağlanıb və aparıcı qapının arasında qalıb. Hadisə yerinə gələn həkimlər aparıcını xilas edə bilməyiblər, amma xoşbəxtlikdən uşağa heç nə olmayıb. Hadisə nəticəsində qadının bütün daxili orqanları parçalanıb. Həkimlər zədələrin ölümcül olduğunu bildiriblər.
Mənzil ofisinin sədri isə qəzanın səbəbini qadının təhlükəsizliyə riayət etməməsi ilə əlaqələndirib.”Hesab edirəm ki, təhlükəsizlik qaydalarına əməl olunmayıb.Əgər tros qırılsa və lift düşsəydi biz zəzərçəkəni günahlandırmazdıq.Amma biz 2 həfdə əvvəl trosu dəyişmişdik. Lift normal işləyirdi.” deyə bildirib.
Faktla bağlı araşdırma aparılır.

Share: