Daha bir qazimiz sağalaraq Vətənə geri döndü — Foto

Daha bir qazimiz sağalaraq Vətənə geri döndü — Foto

Ağır yaralanan və “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicə üçün göndərilən qazimiz Həşimov Qismət Razim oğlu sağalaraq Vətənə qayıdıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, qazimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin ediləcək.

Bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Fondun 8110 “Çağrı Mərkəzi” fəaliyyət göstərir.


Share: