Cənubi Afrika Respublikası BRİKS sammitinin iştirakçılarına toxunulmazlıq verib.
Bu səbəbdən Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilmiş Rusiya Prezidenti Vladimir Putinin də avqustda baş tutacaq sammitə qatıla biləcəyi bildirilib.
Bu barədə ölkənin Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin sözçüsü məlumat verib. “Bu, iştirak səviyyəsindən asılı olmayaraq Cənubi Afrikada təşkil edilən bütün beynəlxalq konfrans və sammitlər üçün təmin etdiyimiz standart toxunulmazlıq təminatıdır”, – deyə o qeyd edib.
Eyni zamanda vurğulanıb ki, BRİKS-in iclaslarına toxunulmazlığın verilməsi konfransın hər hansı iştirakçısı ilə bağlı istənilən beynəlxalq tribunal tərəfindən verilə biləcək hər hansı orderi qüvvədən salmır.
Mənbə: “Bloomberg”