Prezident İlham Əliyev: “Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar”
Azərbaycanda heç vaxt antisemitizmin olmadığını yəhudilər hər yerdə dönə-dönə təkrarlayırlar. Ümumiyyətlə, Azərbaycanda heç bir qeyri-millətə, eləcə də yəhidilərin fəaliyyətinə məhdudiyyət yoxdur və heç vaxt olmayıb. Xüsusən dağ yəhudiləri, demək olar ki, azərbaycanlılara qarışıblar, hətta qohum olanlar da var. Daha doğrusu, elə bizlərdən biri olublar. Azərbaycanda həmişə bütün xalqlar mehriban, tolerant, bir ailə kimi yayaşıblar. Elə bir yəhudi yoxdur ki, Azərbaycan dilini bilməsin. Prezident İlham Əliyev 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda deyib ki, yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb. “Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır”,-deyə dövlətimizn başçısı əlavə edib. Qeyd edək ki, Azərbaycanda daha iki yahudi icması vardır. Bunlar aşkenaz və gürcü-yəhudi icmalarıdır. Onlar Bakıya XIX əsrdə birinci neft bumu zamanı gəliblər. Bunlar iqtisadçılar, rəssam-memarlar, bütün sahələrdə fəaliyyət göstərən sənətkarlar idilər. Bu gün Bakıda, Qubada və Oğuzda sinaqoqlar fəaliyyət göstərir. Azərbaycan dövləti tərəfindən sinaqolar lazım olanda restavrasiya edilir. Yəhudilər Azərbaycanda digər millətlərə göstərilən qaygı və tolerantlığın yüksək nümunəsi kimi qiymətləndirirlər. Bu isə bir daha, Azərbaycanın, digər millətlərin dininə, adət-ənənələrinə hörmətlə yanaşmasının sübutudur. Azərbaycan xalqı daim dini və milli azlıqlarla dostluq və mebribanlıq şəraitində yaşayıb. Onlardan biri olan yəhudilər də dövlətin diqqət mərkəzindədir.
Azırbaycanda yaşayan yəhudilər də bu ölkənin vətəndaşı olaraq bütün ictimai- siyasi proseslərdə aktivlik göstərirlər. Onlar Azərbaycanın ərazi bütövlüyü uğurunda savşda hər zaman öndə olublar. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində yəhudi əsilli soydaşlarımız da vuruşaraq canlarını bu vətən yolunda fəda ediblər. Cənab Prezident bəyanatında yəhudlərinin bu baxımdan da fəallığını xüsusi qeyd edib: “Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar”.
Xatırladaq ki, Vətən müharibəsi günlərində yəhudi icması da “Qardaşlarımızla birlikdə Vətənimizi müdafiə edəcəyik!”, – deyə bəyanat yayıblar: “Artıq 30 ilə yaxındır ki, Ermənistan silahlı münaqişə törədib və suveren Azərbaycan Respublikasının ərazisinin 20 faizini işğal edib. İşğal dövründə ələ keçirilmiş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılıb, 1992-ci ildə törədilmiş Xocalı soyqırımı belə etnik təmizləmələrdən biridir. 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs haqqında müqavilə bağlanıb və danışıqlar prosesi başlanıb. Danışıqlar 26 il davam edib! Bu illər ərzində Ermənistan Azərbaycana qarşı bir neçə dəfə ciddi hərbi təxribatlar törədib, hətta Azərbaycanın yeni ərazilərini ələ keçirməklə hədələyib”. Yeri gəlmişkən, bir israilli qadının çox xeyirxah addımını qeyd etmək istərdik. Mətbuatdan oxuduğumuz məlumata görə həmin qadın dünyasını dəyişmiş həyat yoldaşının gözünün buynuz təbəqəsini azərbaycanlı əlil əsgərə – İkinci Qarabağ müharibəsinin qazisi Arif Hacıyevə hədiyyə edib. Nəticədə hazırda həmin Qarabağ qazisinin gözlərinin nuru bərpa olunub.
İsraildə yaşayan Azərbaycan əsilli vətəndaşlar hər yerdə qururla bildirirlər ki, tolerantlıq nümunəsi olan bu ölkədə minlərlə yəhudi yaşayır və işləyir. Bu gün Azərbayandan gedən yəhudilər də Azərbaycan xalqı ilə birlikdə Vətənimizdə əldə olunan iqtisadi, sosial, mədəni yüksəlişlə fəxr edirlər. “İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir”, – deyə cənab Prezident bu fikirləri ilə xaricdəki Azərbaycan əsilli yəhudillərin fəaliyyətinin önəmini xüsusi vurğulayıb. Çünki onlar heç zaman Azərbaycanda baş verənlərə biganə qala bilmirlər. Dünyanın müxtəlif güşələrinə səpələnmiş azərbaycanlılar kimi Azərbaycan əsilli yəhudilər də Azərbaycana bağlıdırlar. Onlar da doğulub boya-başa çatdıqları Azərbaycanı özlərinin tarixi, doğma Vətənləri bilir, bu ölkənin işıqlı gələcəyi üçün əllərindən gələni edirlər. Azərbaycandan köçərək İsraildə və digər ölkələrdə yaşayan yəhudilər hər zaman Prezident İlham Əliyevi dəstəkləyirlər.
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi