Şəhriyar ikinci görüşdə də məğlub oldu

Şəhriyar ikinci görüşdə də məğlub oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində növbəti oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, tərübəli qrossmeyster 3-cü turda hindistanlı Qukeş Dommaraku ilə üz-üzə gəlib. 

Ağ fiqurlarla oynayan Məmmədyarov 31-ci gedişdə sülhə razılaşıb. Görüş heç-heçə ilə başa çatdığından armageddon oynanılıb və Azərbaycan təmsilçisi 55-ci gedişdə rəqibinə uduzub.

Bu, Şəhriyarın ardıcıl 2-ci məğlubiyyəti olub. O, 2-ci turda Fransanı təmsil edən iranəsilli Alireza Firuzca ilə bacarmayıb.

Məmmədyarov hələlik 2,5 xalla 9-cu pillədə qərarlaşıb. Digər oyunların nəticəsindən asılı olaraq, onun mövqeyi dəyişə bilər. Aktivində 4,5 xalı olan Qukeş isə 2-3-cü yerləri bölüşdürür.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.


Share: