İspaniyanın cənub sahillərində sahilə nəhəng balina çıxıb. Ekspertiza zamanı balinanın mədəsindən 29 kiloqram ağırlığı olan plastik su şüşəsi, konserv qutusu, balıq toru kimi tullantılar çıxıb.
Moderator.az xəbər verir ki, balinanın 10 metr uzunluğu və altı ton ağırlığı olub. Mütəxəssislər nəhəng dəniz canlısının ölüm səbəbinin mədəsindəki plastik tullantılar olduğunu bildiriblər.