Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətə xəyanət maddəsi ilə başlanmış cinayət işi üzrə şahid qismində dindirilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kyaramyan bu gün parlamentdə bildirib.
“Cənab Baş nazir şahid qismində dindirilib”, – Kyaramyan “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyanın sualını cavablandırarkən deyib.
Qeyd edək ki, Paşinyan aprelin 18-də bu iş çərçivəsində dindirildiyini bildirsə də, hansı statusda olduğunu açıqlamayıb.