“Azərbaycanda seçkilər qaydalara uyğun və tam şəffaf şəkildə həyata keçirilir”.
Müstəqil.az xəbər verir ki, bunu MDB üzrə beynəlxalq müşahidəçi Abbasov Valeh deyib.
O bildirib ki, seçkidə təşkilatçılıq düzgün şəkildə aparılır: “Məntəqələrə baş çəkib, seçkinin gedişatını müşahidə edirik. 07:45-dən burdayıq. Təşkilatçılıq düzgün aparılır. Əsasən qeydiyyatın aparılmasına nəzarət edirik”.
Beynəlxalq müşahidəçi qeyd edib ki, günün sonuna qədər seçki prosesini izləyəcəklər: “Daha sonra müşahidələrimiz əsasında yekun qərar açıqlayacağıq”.