ABŞ müdafiə və hərbi xərclər ayırdığı vəsait Co Baydenin defolt haqqında hazırlanan sənədi imzalaması ilə azalacaq.
Bu barədə “The Wall Street Journal”da dərc edilən yeni məqalədə qeyd olunur.
“ABŞ-nin hərbi xərcləri 1990-cı illərin sonunda Soyuq Müharibədən sonrakı sülh dividendlərinin pik nöqtəsindən bəri ilk dəfə iqtisadiyyatın 3%-dən aşağı düşə bilər” – məqalədə qeyd olunur.
Müəllif ehtimal edir ki, ABŞ həmçinin 2025-ci ilə qədər ölkədəki donanmaların həcmini 286 gəmiyə qədər azaldacaq.
Məqalədə həmçinin bildirilir ki, ABŞ hazırda öz müttəfiqi olan ölkələrə tam həcmdə silah göndərə bilmir.
Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin yaxın vaxtlarda defoltun qarşısını almaq üçün hazırlanan yeni qanuna imza atacağı gözlənilir.