Türkiyə Nazirlər Kabinetinin yeni tərkibdəki ilk iclası keçiriləcək

Türkiyə Nazirlər Kabinetinin yeni tərkibdəki ilk iclası keçiriləcək

Bu gün Türkiyə Nazirlər Kabinetinin yeni tərkibdəki ilk iclası keçiriləcək.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, iclas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq.

İclasda yeni dövrün yol xəritəsi müzakirə olunacaq. Görüşdə inflyasiya ilə mübarizəyə üstünlük veriləcəyi gözlənilir. İqtisadiyyatla yanaşı, terrorla mübarizə və xarici siyasətdəki son vəziyyət ətrafında da fikir mübadiləsi aparılacaq.


Share: