Səudiyyə Ərəbistanında futbol klubları özəlləşdirilir

Səudiyyə Ərəbistanında futbol klubları özəlləşdirilir

Səudiyyə Ərəbistanının dörd futbol klubu – “Əl-Əhli”, “Əl-İttihad”, “Ən-Nəsr” və “Əl-Hilal” vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudun bazar ertəsi elan etdiyi investisiya layihəsi çərçivəsində gələcək özəlləşdirmə üçün şirkətlərə çevrilib.

Bu barədə Səudiyyə Ərəbistanı Suveren Fondunun bəyanatında deyilir.

Sənəddən göründüyü kimi, fond dörd klubun hər birində 75% paya sahib olacaq. “Əl-Əhli”, “Əl-İttihad”, “Ən-Nəsr” və “Əl-Hilal”ın sahiblik strukturunda qalan 25% pay klubların hər biri üçün yaradılmış ayrıca qeyri-kommersiya fonduna keçəcək.

Layihə müəlliflərinin fikrincə, bu, ölkənin futbol klublarının bazar dəyərini 8 milyard riala (təxminən 2,1 milyard dollar) çatdıracaq, həm də ölkə çempionatının dünyanın ən yaxşı 10 futbol liqası sırasına daxil olmasına imkan yaradacaq.

Mənbə: TASS

Share: