Pablo Pikassonun “Qadın büstü” əsəri 3,4 milyon avroya satılıb.
“Qafqazinfo” xarici KIV-ə istinadla xəbər verir ki, əsər Kölndə keçirilən hərracda alınıb.
Əsərin dəyəri isə 1,5-2,5 milyon avro arasında olub.
Qeyd edək ki, Pikasso sözügedən əsəri 1971-ci ildə çəkib.