Haitidə yağan güclü yağışlar nəticəsində azı 51 nəfər ölüb, 140-a yaxın insan yaralanıb.
Məlumata görə, daha 18 nəfər itkin düşüb. 820 ev isə dağılıb.
Leysan yağışları bir sıra regionlarda daşqınlara səbəb olub.
Həmçinin, bildirilir ki, təbii fəlakət nəticəsində küçələri su basaraq nəqliyyatın hərəkətində problemlər yaranıb. Bir sıra məktəblərdə dərslər dayandırılıb.
Mənbə: gazeta.ru