Hollivud ulduzu Ancelina Coli uzun illər sadiq qaldığı imicini köklü şəkildə dəyişib. 48 yaşlı aktrisa sarışın saç düzümü ilə ictimaiyyət qarşısına çıxıb.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Qeyd edək ki, o bundan əvvəl “Girl, Interrupted” (1999) filmində belə bir imicdə olub.
Aktrisanın köklü dəyişimi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
“Dünyanın ən cazibədar qadını”, “Yeni imici daha gənc və baxışlarını daha ifadəli edib”, “Cazibədar” kimi təriflər olsa da, bir çoxları ona tünd saçları yaraşdığını bildiriblər, bəziləri isə onu bu stildə Bred Pitin keçmiş arvadı Cennifer Enistona bənzədiyini vurğulayıblar.
Mənbə: Daily Mail