Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında quraşdırılan sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, üzərində dünənki tarixi əks etdirən video “Caliber”in teleqram kanalında paylaşılıb.
Kadrlara əsasən məlum olur ki, Qarabağda yaşayan ermənilər qeydiyyat pəncərəsi qarşısında növbəyə dayanıblar.
Sözügedən görüntüləri təqdim edirik: