“Ermənistanla Azərbaycan arasında münaqişənin həlli hər iki tərəf üçün sərfəli olmalıdır”.
“Qafqazinfo” “Belta”agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-yə üzv ölkələrin Təhlükəsizlik Şuralarının katibləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, KTMT məkanında münaqişələrdən uzaqlaşmaq lazımdır: “Bunlardan biri də Ermənistanla Azərbaycan arasında olan münaqişədir. Səbr və məsələnin həllini tapmaq cəhdləri hər iki tərəfə sərfəli olmalıdır”.