Ərdoğan yenidən zəlzələ bölgəsinə gedəcək

Ərdoğan yenidən zəlzələ bölgəsinə gedəcək

“Yenə zəlzələ baş verən əyalətlərə gedəcəm”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı tədbirlərin birində səsləndirib.

O, 14 və 28 mayda özünə göstərdiyi böyük lütf üçün insanlara təşəkkür edib.

Yaxın vaxtlarda yenidən zəlzələ olan vilayətlərə səfər edəcəyini bildirən Ərdoğan 6 fevral zəlzələsində həyatını itirən vətəndaşlara Allahdan rəhmət diləyib:

“Rəbbimdən ölkəmizi hər cür fəlakətdən qoruması üçün dua edirəm”.


Share: