“Rusiya Xerson vilayətində atəşi dərhal dayandırmalıdır”

“Rusiya Xerson vilayətində atəşi dərhal dayandırmalıdır”

“Rusiya Xerson vilayətində atəşi dərhal dayandırmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell tviterdə yazıb.

Borrell bildirib ki, Aİ Xerson su elektrik stansiyasının (SES) bəndinin dağıdılmasından sonra Xerson vilayətində mülki əhalinin xilas edilməsi səylərinə mane olan atəşə məruz qalması barədə xəbərlər alır.

“Biz Rusiyanı bu qəbuledilməz hərəkətləri dərhal dayandırmağa çağırırıq”, -deyə qeyd edib.


Share: