KXDR-dən qaçmağı bacaran sakinlər bildiriblər ki, onların çoxu üçün internet əlçatmaz olaraq qalır və daxili şəbəkədə çoxlu sayda qadağalar, yoxlamalar var.
Məlumata görə, Şimali Koreyada insanların yerli internetə çıxış əldə etmək üçün təsdiq prosesindən keçməsi bir neçə gün çəkir. Amma bundan sonra da müşahidəçilər daim insanların yanında otururlar. İnternetdən bir saatdan çox istifadəyə icazə verilmir.
“Hər beş dəqiqədən bir ekran avtomatik olaraq donur, bundan sonra müşahidəçi ziyarət edilən saytlara baxır və internetdən sonrakı istifadəyə imkan vermək üçün barmaq izinin autentifikasiyasını həyata keçirir”, – məlumatda deyilir. Proses zamanı dövlət təhlükəsizlik işçisi də daim yaxınlıqa olur.
Şimali Koreyanın keçmiş vətəndaşlarının fikrincə, KXDR-in milyonlarla sakini üçün internet sadəcə olaraq mövcud deyil. Məsələn, Şimali Koreyada əhali “Wi-Fi”, həmçinin “Google” axtarış sisteminin mövcudluğundan xəbərsizdirlər. Həmçinin, Cənubi Koreyanın bütün resursları KXDR-də bloklanıb.
Mənbə: gazeta.ru