“Kahramanmaraşda 110 681 bina tikiləcək”.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkənin yeni daxili işlər naziri Əli Yerlikaya Kahramanmaraşa səfəri zamanı deyib.
Nazir bildirib ki, onların əsas məqsədi müvəqqəti sığınacaq mərkəzlərində qalan vətəndaşları konteynerlərə daşımaq və daimi yaşayış yerlərini tamamlamaqdır.
“6 fevraldan bu günə görülən işləri araşdırmaq üçün buradayıq. Koordinasiya toplantımızı keçirdik. Kahramanmaraşda zərərin qiymətləndirilməsi işləri artıq tamamlanıb. Zərər dəymiş ümumi 558 min 219 bina sökülüb. Növbəti 4 ay ərzində isə ağır ziyan dəymiş 29 min 601 binanın sökülməsi tamamlanmalıdır”, – deyə Yerlikaya bildirib.