Ukraynanın Xerson şəhərində, Kaxovka su anbarında suyun səviyyəsində azalma müşahidə olunur.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iyunun 11-i səhər saat 8-ə olan məlumata görə, Nikopol ərazisində suyun səviyyəsi 9,35 metr təşkil edib.
“Ukrhidroenerqo”nun məlumatına görə, gün ərzində suyun səviyyəsi bir metrdən çox azalıb. Xerson yaxınlığındakı Dneprdə suyun səviyyəsi 4,18 metrdir. Gün ərzində bu göstərici 0,54 metr azalıb. Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verəndən bəri suyun səviyyəsi 7 metrdən çox aşağı düşüb.
Xatırladaq ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edir. Hazırda ərazinin Ukraynanın nəzarətində olan hissəsində əhalinin təxliyəsi həyata keçirilir.