Qazaxıstanda matəm elan edildi

Qazaxıstanda matəm elan edildi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-ni ölkənin şərqində baş vermiş güclü yanğında həlak olanların xatirəsinə milli matəm günü elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, əvvəlcə yanğınlar yerində itkin düşən 3 meşə təsərrüfatı işçisinin, daha sonra isə daha 11 nəfərin cəsədi tapılıb.

Mütəxəssislər yanğının isti hava zamanı ildırım vurması nəticəsində baş verdiyini ehtimal edir. Xilasedicilər ərazilərə girişdə çətinlik çəkdiyindən yanğını tez bir zamanda söndürə bilməyiblər.

Yanğın artıq 60 min hektardan çox ərazini əhatə edib. 200-dən çox xilasetmə maşını və 11 helikopterin ixtiyarında olan minlərlə mütəxəssis yanğının söndürülməsi üzərində işləyir.


Share: