Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Prezident İlham Əliyevə təşəkkür edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Peter Mixalko tviter hesabında yazıb.
O bildirib ki, İ. Əliyevin tapşırığı ilə Ukraynaya olunan yardım Kaxovka bəndinin bərpasında böyük rol oynayır:
“Ukraynaya növbəti humanitar yardım göndərən Azərbaycana dərin təşəkkür və… minnətdarlığımızı ifadə edirik! Bu, dəhşətli cinayətin – Kaxovka bəndinin dağıdılmasının nəticələrini aradan qaldırmağa kömək edir”.
Qeyd edək ki, humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə göndərilib.