“Qara Pantera” serialının davamında cani Namor obrazını canlandıran meksikalı aktyor Tenoç Uerta qalmaqalın mərkəzinə düşüb.
O, cinsi zorakılıqda ittiham olunub.
Baş verənlərlə bağlı dirijor Maria Elena Rios “Twitter” hesabında yazıb. O, həmçinin qeyd edib ki, Uerta digər qızları da təhqir edib.
Aktyorun özü isə bu iddialara münasibət bildirməyib.