Hövsan yolu yenə qaranlığa qərq oldu — Video

Hövsan yolu yenə qaranlığa qərq oldu — Video

Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedən yolda yenə işıqlandırma problemi yaranıb.

“Qafqazinfo” sözügedən istiqamətdə, eləcə də Zığ yolu Zığ bağları adlanan ərazidəki yolda işıqlar yenə söndürülüb.

Belə ki, bir müddət öncə ərazinin qaranlıq olması səbəbindən baş verən ardıcıl qəzalardan sonra yol işıqlandırılsa da, yenə bənzər situasiya yaranıb. 

Xatırladaq ki, mayın 29-da sözügedən ərazidə yolu keçmək istəyən üç nəfəri maşın vurub öldürmüşdü. Bundan sonra yolda işıqlandırma bərpa edilmişdi.

Ancaq ötən gecə ​Oxu.az tərəfindən lentə alınan görüntülərdə yolun yenə qaranlığa qərq olunduğu görünür:

 


Share: