Konqo Demokratik Respublikasının İturi əyalətinin Djuqu bölgəsində məcburi köçkünlərin məskunlaşdığı Lala düşərgəsinə silahlı basqın edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücumda 23-ü uşaq olmaqla azı 46 nəfər həlak olub.
Yerli mənbələr, hücum edənlərin evləri yandıraraq mülki insanlara silah və maçeta ilə hücum etdiyini, çox sayda insanın isə yanaraq öldüyünü bildirib.
Düşərgənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Buledəki bazasından 5 kilometr aralıda olduğu açıqlanıb.