Ukrayna Beynəlxalq Ədalət Məhkəməsindən Rusiyanın iki beynəlxalq konvensiyanı pozduğunu tanımasını tələb edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Bildirilib ki, Ukrayna Rusiyanın Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiyanı və İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanı pozduğunu vurğulayıb.
Həmin pozuntuya görə Kiyev Moskvadan maliyyə təzminatı tələb edib.
Rusiya tərəfi bu iddialara uyğun olaraq rəsmi mövqeyini iyunun 14-də təqdim edəcək.