Suriyada ABŞ-yə məxsus helikopter qəzaya uğrayıb

Suriyada ABŞ-yə məxsus helikopter qəzaya uğrayıb

Suriyada ABŞ-yə məxsus hərbi helikopter qəzaya uğrayıb. Nəticədə 22 hərbçi yaralanıb.

Bu barədə ABŞ Mərkəzi Komandanlığının “Twitter”dəki rəsmi səhifəsində məlumat verilib.

“ABŞ-nin 22 hərbçisi müxtəlif dərəcəli xəsarət alıb. Onlara tibbi yardım göstərilir. Hərbçilərdən 10-u Mərkəzi Komandanlığın hüdudlarından kənarda yerləşən yüksək səviyyəli müəssisələrə təxliyə edilib”, – deyə nazirlikdən bildirilib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

 

Share: